osim.az PORTALINDAN İSTİFADƏ QAYDALARI

osim.az “Müstəqil Qiymətləndirmə Mərkəzi” MMC-nin (bundan sonra - Mərkəz) elektron xidmətlərini təqdim edən portaldır.

  1. Giriş

1.1. Bu İstifadə Qaydaları (bundan sonra - Qaydalar) sizin Mərkəz tərəfindən təmin edilən Portaldan istifadənin şərt və müddəalarını özündə əks etdirir. Portaldan istifadə etməklə siz bu Qaydalar və qaydalardan irəli gələn öhdəlikləriniz barədə məlumatlı olduğunuzu qəbul etmiş hesab edilirsiniz.

  1. Portalın istifadəçiləri

2.1. Portalın istifadəçiləri fiziki şəxslərdir.

  1. Dəyişikliklər

3.1. Mərkəzin bildiriş göndərmədən bu Qaydalara əlavə və dəyişikliklər etmək üçün müstəsna hüququ vardır. Hər hansı bir dəyişiklikdən sonra Portaldan istifadəniz bu dəyişikliklərə razılığınız kimi qiymətləndirilir. Yeni Qaydalar təsdiq edildiyi andan etibarən bundan əvvəl təsdiq edilmiş Qaydalar qüvvədən düşmüş hesab edilir.

  1. Məxfilik və fərdi məlumatlar

4.1. Portaldan istifadə edərək barənizdə fərdi məlumatların toplanması və işlənməsinə razılıq bildirmiş hesab edilirsiniz.

  1. İstifadəçi öhdəlikləri

5.1. Şəxsi kabinetinizdən (hesabınızdan) müxtəlif profillər yaradaraq həm özünüz, həm də sizin nəzarətiniz altında digərləri istifadə edə bilər.
5.2. Portalda mövcud hesabınız üzrə məsuliyyəti siz daşıyırsınız (hesabdan istifadə edən digər profillərə görə də).
5.3. Məlumatların məxfiliyini qorumaq məqsədi ilə müvafiq tədbirlər görmədiyiniz təqdirdə, kənar şəxslərin hesabınıza daxil olması və istifadəsinə görə məsuliyyəti siz daşıyırsınız.
5.4. Rastlaşdığınız hər hansı bir icazəsiz istifadə və ya aşkar etdiyiniz digər şübhəli hallar barədə dərhal Mərkəzə yazılı məlumat verməlisiniz.

  1. Məsuliyyət

6.1. Mərkəz aşağıda qeyd olunan hallara görə məsuliyyət daşımır:
6.1.1. Portaldan istifadənizə edilmiş kiber hücum, müdaxilə və ya digər icazəsiz giriş nəticəsində vurulmuş istənilən ziyan, zərər, itki və ya xəsarətə;
6.1.2. Portalda istinad olunan saytlar, onların məzmunu, təhlükəsizlik qaydalarına və həmin saytlarda məxfiliyin qorunub saxlanmasına.

  1. Təhlükəsizlik

7.1. Mərkəz fərdi və kommersiya sirri təşkil edən məlumatların qorunması, icazəsiz girişlərin, Portalda dəyişiklik edilməsinin olmaması üçün mümkün və lazımi tədbirlər görür. Lakin, kənar müdaxilələr nəticəsində məlumatlardan müxtəlif məqsədlər üçün istifadə edilməyəcəyinə zəmanət verilmir.

  1. Ödəniş

8.1. Portala giriş istifadəçi adı və daxil etdiyiniz şəfrə vasitəsilə həyata keçirilir. Portalda təqdim olunan xidmətlər üzrə ödəniş Mərkəz tərəfindən müəyyən edilir.

  1. Portalda və ödənişdə dəyişikliklər

9.1. Mərkəzin Portalın fəaliyyətində istənilən vaxt dəyişikliklər etmək və ya fəaliyyəti müvəqqəti dayandırmaq üçün müstəsna hüququ vardır. Bu barədə bildiriş Portalda əks olunacaqdır.

9.2. Mərkəz Portalda edilmiş istənilən dəyişiklik, yenilənmə, ödəniş dəyişikliyi, dayanmalara görə sizin və ya istənilən üçüncü şəxlərin qarşısında məsuliyyət daşımır.

  1. Portaldan İstifadə

10.1. Portaldan istifadə etdiyiniz zaman Azərbaycan Respublikasının qüvvədə olan normativ hüquqi aktlarına riayət edilməsinə görə məsuliyyət daşıyırsınız. Mərkəz bu Qaydalarla sizə birbaşa verilməmiş bütün hüquqlara sahibdir.
10.2. Portalda əqli mülkiyyət hüququnu pozan, Azərbaycan Respublikasının qanunvericiliyinə zidd davranışa səbəb olan fəaliyyətlə məşğul olmaq qadağandır. Mərkəz bu cür fəaliyyətlə məşğul olan istifadəçilərin hesablarını silmək və bu hesabların şəxsi məlumatlarını səlahiyyətli dövlət orqanlarına ötürmək hüququnu özündə saxlayır.
10.3. Portaldan istifadə zamanı portalın və ya məzmununun hər hansı proqram təminatı vasitəsilə monitorinqi və ya səhifəyə aid müəllif hüquqlarının pozulması yolverilməzdir.
10.4. Mərkəz Portaldan istifadə şərtlərinin pozulması halları olduqda hesabınızı dayandırmaq və ya ləğv etmək, hüququna malikdir. Mərkəz tərəfindən hesabınız dayandırıldıqda və ya ləğv edildikdə buna əsas yaradan hallar aradan qaldırıldıqdan sonra hesabınızın bərpası barədə müraciətə baxıla bilər.

  1. Tətbiq Edilən Hüquq

11.1. Bu Qaydalar Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq tənzimlənir və Azərbaycan Respublikasının məhkəmələrinin müstəsna səlahiyyətlərinə tabedir.